“The Times Kuwait” qəzetindində “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə
Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 04-10 mart tarixli buraxılışında “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə dərc edilimişdir.
Məqalədə, Azərbaycanın Qafqaz regionunda yerləşən, həm Şərqi Avropa, həm də Qərbi Asiyanı birləşdirən bir ölkə olduğu, Şərqlə Qərb arasında yerləşən bu ölkədə zövq almaq üçün bir çox gözəlliklərlə qarşılaşa biləcəyinin mümkün olduğu, Xəzər dənizinin sahillərində gözəl dənizkənarı çimərlik, kurort və istirahət mərkəzlərinin yerləşdiyi, habelə Azərbaycanda yanar dağ və palçıq vulkanlarını ziyarət edərək bu ölkənin Odlar Yurdu olduğunun bir daha şahidi olmağın mümkünlüyü diqqətə çatdırılmışdır.
Həmçinin məqalədə ölkədə qədim məsçid və minarələrə, eləcə də Alov Qüllələri kimi dünyanın ən müasir memarlıq tikililərinə rast gəlməyin mümkün olduğu, habelə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın qonaqlara bir çox gözəllikləri təqdim edə biləcəyi, eyni zamanda Azərbaycanın paytaxtı Bakı, o cümlədən İçəri şəhər, Qəbələ, Şəki, Astara, Nabran şəhərləri, Xəzər dənizi, Qara su vulkanı, Yanardağ, Şirvan milli parkı, Abşeron mill parkı, Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı bulvarı barədə məlumatlar verilmişdir.