2018-03-09

“Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqalə

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetinin 10 mart tarixli buraxılışında Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin “Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqaləsi dərc edilmişdir.

“Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi”

Məqalənin müəllifi: Omar Əl-Həbib

 

Azərbaycana səfər etməzdən əvvəl mən artıq Gürcüstan, Qırğızıstan, Bosniya kimi oxşar iqlimi olan ölkələrə səyahət etmişdim. Lakin, Azərbaycanın memarlığına və gözəlliyinə bənzər bir dövlət görə bilmədim. Bu ölkə 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Şərqi Avropa və Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilib.

Ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Gənclər və idman nazirliyi və Küveyt Dövlətindəki səfirliyinin dəvəti ilə Küveyt Universitetinin nümayəndə heyətinin tərkibində Azərbaycanın paytaxtı Bakı şəhərində səfərdə olmuşdum. Bakıya çatdıqda hava limanında Azərbaycan Respublikasının Gənclər və idman nazirliyi tərəfindən yüksək səviyyədə qarşılandıq və gözəl qonaqpərvərliyin şahidi olduq. Daha sonra hava limanından mehmanxanaya yola düşdük, sonra isə nahar etmək üçün məşhur bir yeməkxanaya getdik və orada Türk və Fars mətbəxinə bənzər (kəbab, ayran və s.) gözəl təamlardan daddıq.

Səfərimizin ertəsi günü biz Ümummilli lider mərhum Heydər Əliyevin məzarını, sonra isə vətən uğrunda canlarını qurban vermiş şəhidlər xiyabanını ziyarət etdik. Sonra Heydər Əliyev muzeyini ziyarət etdik. Muzeydə ölkənin tarixi və mədəni irsini, Azərbaycan tarixinin bütün dövrlərini, inkişafını, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar, habelə müzeydə nümayiş etdirilən çoxlu sayda əntiq əşyalar və prezidentin klassik avtomobilləri ilə tanış olduq.

Həmçinin səfər zamanı Azərbaycan Xalça Muzeyini ziyarət etdik. Bu ölkə tarixən özünün gözəl həndəsi ornamentlərlə bəzədilmiş xalçaları ilə məşhurdur. Sonra Bakıdan iki saat yarım aralıda yerləşən qədim tarixə malik İsmayıllı rayonuna və yüksək dağlıq ərazidə yerləşən qədim Lahıc kəndinə səfər etdik. Bu kəndin çox gözəl və sakinlərinin çox mehriban və sadə olduğunu, kənddə qədim tarixə malik binaların şahidi olduq. Daha sonra isə yaşıl dağların ətəyində yerləşən, gündüz mülayim, gecə isə sərin iqlimə malik Qəbələ şəhərinə səfər etdik.

Azərbaycanın ərəb və Şərqi Avropa ölkələrindən fərqi ondadır ki bu ölkərin bir çoxuna əsarətdən qurtardıqdan sonra siyasi sabitliyə, təhlükəsizliyin təmin olunmasına və inkişafa nail olmaq üçün uzun müddət lazım olmuşdur. Lakin, Azərbaycan fərqlidir və möhtəşəmdir. Azərbaycan 28 il bundan öncə öz müstəqilliyini əldə etməsinə baxmayaraq, qısa müddət ərzində ən inkişaf etmiş ölkələrdən birinə çevrilmiş, ölkədə sabitlik və milli birliyə nail olunmuşdur. Azərbaycan ildən-ilə daha da inkişaf edir.

http://www.aljarida.com/articles/1520615527400952200/

Arxiv üzrə axtarış