“Azərbaycanın interaktiv turizm xəritəsi 2018”
15 mart tarixində Səfirliyin təşəbbüsü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Elxan Qəhrəman və Ərəb turizm təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi arasında Səfirlikdə görüş keçirilmişdir. Görüş zamanı Xalid Əl-Vəsmi özünün ilk dəfə “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” hazırladığı banneri Səfirliyə təqdim etmişdir. Küveytli ekspertlər Azərbaycanın interaktiv xəritəsinin ölkənin ən mühüm turistik məkanlarını, ticarət mərkəzlərini, kafe və restoranları özündə əks etdirdyini bildirərək, xəritənin üzərində əks olunan barkodun ya mobil telefonun kamerasi və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu bildirmişlər.
Həmçinin görüş çərçivəsində qarşı tərəfə Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verilmiş və iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.
Azərbaycan Respublikasının
Küveyt Dövlətindəki Səfirliyi
Əl-Küveyt şəhəri