2018-03-30

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” ilə əlaqədar

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 28 mart tarixli sayında “Səfir Elxan Qəhrəman: Küveyt Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etmək hüququnu dəstəkləyir” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə, ermənilər tərəfindən Azərbaycanlılara qarşı 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 100 il ötdüyü, Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımın özünün ağır və dəhşətli nəticələri ilə seçildiyi, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin Azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik "Böyük Ermənistan" dövlətinin yaratmaq məqsədini güddüyü,  XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsinin köçürüldüyü, Gülüstan və Türkmənçay müqavilələrinin  Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğu qeyd olunmuşdur. Azərbaycan xalqının həmin milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunmasına başlanıldığı, qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək çar Rusiyasının himayəsi ilə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirildiyi, əhalinin fiziki cəhətdən məhv edilməsinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyi, XX əsrin əvvəllərində "Daşnaksütyun" kimi erməni millətçi partiyasının və erməni milli konqresinin fəaliyyətindən və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu prosesin daha da sürətləndiyi diqqətə çatdırılmışdır.

1918-ci ilin martından etibarən Stepan Şaumyanın rəhbərliyi ilə, erməni qəsbkarlarının Azərbaycanlılara qarşı həyata keçirdikləri Bakıdan başlanan və bütün Azərbaycanı, habelə indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyi, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi bildirilmişdir.

1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə Azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd edilmişdir. Yalnız Qarabağda 157, Zəngəzur  qəzasında 109, İrəvan quberniyasında 197 Azərbaycan kəndinin dağıdıldığı və talan edildiyi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=789974&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=28032018

 

Arxiv üzrə axtarış