2018-05-31

“Azərbaycan Səfirliyi: Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən iqtisadi və mədəni intibaha nail oldu” başlığında məqalə

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik  “Əl-Cəridə” qəzetinin 29 may 2018-ci il tarixli buraxılışında “Azərbaycan Səfirliyi: Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən iqtisadi və mədəni intibaha nail oldu” başlığında məqalə dərc olunmuşdur.  

Məqalədə, 100 il bundan əvvəl 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, AXC-nin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğu, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğu, Fransa, Birləşmiş Millətlər Liqası, Amerika Birləşmiş Ştatları və bir sıra digər ölkələr tərəfindən tanındığı, Milli Şura tərəfindən Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyətinin qurulması barədə qərar qəbul edildiyi, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsinin qəbul edildiyi, Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük işlər gördüyü, AXC-nin bir çox ölkələrdən öncə qadınlara seçki hüququ verdiyi bildirilmişdir. AXC-nin öz dövlət atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində bir sıra işlər gördüyü, Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olduğu qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və göstərdiyi səyləri nəticəsində hazırda Respublikamızın yeni iqtisadi və mədəni intibah dövrünü yaşadığı, Azərbaycan iqtisadiyyatının region və Orta Asiya dövlətlərindən fərqli olaraq yüksələn templə inkişaf etdiyi, ümumiyyətlə Azərbaycanın qısa müddət ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi oxucuların diqqətinə çatdırılmışdır.   

 

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

 

 

http://www.aljarida.com/articles/1527518621182173900/

Arxiv üzrə axtarış