2020-12-12

Ümummilli Lider Heydər Əliyevi böyük hörmət və ehtiramla yad edirik.

Azərbaycanın Küveytdəki səfirliyin təşəbbüsü ilə bu ölkənin ingilis dilli “Times Kuwait” və ərəb dilli “Al-Rai”, ""Əl-Cəridə" qəzetlərində və “dasmannews.com” xəbərlər portalında Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.
Məqalədə hər il dekabrın 12-də Azərbaycanda ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin silsilə tədbirlərlə anıldığı bildirilir.

Daha sonra görkəmli dövlət xadimi Ümummilli Liderin həyatı və siyasi fəaliyyətin barədə məlumat verilir, onun keçdiyi böyük və zəngin ömür yolundan danışılır.

Məqalədə qeyd olunur ki, Heydər Əliyevin həm sovet Azərbaycanına (1969-1982), həm də müstəqil Azərbaycana (1993-2003) rəhbərlik etdiyi dövrdə gördüyü işlər mənsub olduğu xalq tərəfindən yüksək qiymətləndirilir. O, sovet Azərbaycanını geridə qalmış kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirdi və genişmiqyaslı quruculuq işləri apardı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanın gələcək inkişafının əsasını təşkil edən “neft strategiyası”nı uğurla həyata keçirdi. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və paytaxt Bakı ilə yanaşı bölgələrin çiçəklənməsinə xidmət edən Bakı-Tbilisi-Ceyhan neft kəməri də onun adını daşıyır.

Heydər Əliyevin uzaqgörən siyasəti 2003-cü ildən oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan regionun iqtisadi və hərbi lider dövlətinə çevrilib.

2020-ci ildə isə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün ən böyük qələbəsini qazanıb və 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisi işğaldan azad edilib. Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ bölgəsi ölkəmizin gələcək iqtisadi inkişafında böyük rol oynayacaqdır.

Sonda bildirilir ki, Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması münasibətilə xalqa təbrik nitqində atasının vəsiyyətini yerinə yetirdiyini açıqlayıb.
 
 

Arxiv üzrə axtarış