2021-02-27

Küveyt Elektron Media Birliyinin rəhbəri cənab Veysəl Xəlifə Əs-Səvvağ Azərbaycan ordusunun Erməni silahlı qüvvələrindən azad etməyə müvəffəq olduğu ərazilərdəki dağıntı səhnələrini pisləyib.

Əs-Səvvağ: BMT  Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizlik və sülhü qorumaqda öz rolunu yerinə yetirməlidir. Küveyt elektron media birliyinin rəhbəri cənab Feysəl Xəlifə əs-Səvvağ Azərbaycan ordusunun erməni qüvvələrindən azad etməyə müvəffəq olduğu ərazilərdəki dağıntı səhnələrini pisləyib. O, Azərbaycan prezident administrasiyası və XİN-nin dəvətilə ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlara etdiyi ziyarət zamanı qeyd etmişdir ki, hər bir şeyi , o cümlədən məscidləri, binaları, xəstəxanaları əhatə edən dağıntı və vandalizm, qətl, insanları doğma yurdundan didərgin salma, qəbrlərin talan edilməsi kimi əməlllər təcavüzkarın vandal və vəhşi olmasına şübhə yeri qoymur. Əs-Səvvağ beynəlxalq ictimaiyyatdan və islam dövlətlərindən öz süvürenlik və ərazi bütövlüyünü qorumaqda, bu amansız təcavüzlə mübarizədə öz vətəndaşlarını müdafiədə Azərbaycanı dəstəkləməyi, sözügüdən cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməkdə qətiyyətli mövqe sərgiləməyi tələb etmişdir. Eləcə də əs-Səvvağ BMT-nin beynəlxalq təhlükəsizlik şurasının beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında öz rolunu yerinə yetirməsininin əhəmiyyətini, ermənilərin insan hüquqlarını və beynəlxalq müqavilələri pozmasının, bu cür cinayətlərin yenidən baş verməsinin və ya qonşu dövlətlərin süverenliyinə təcavüzün və həmin dövlətlərin vətəndaşlarının terrorla üzbəüz qalmasınının təkrarlanmamasının zərurətini vurğulayıb.

Arxiv üzrə axtarış