Ərəb Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əl-Səvvağın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatı
Ərəb Elektron Media Birliyi
Xocalı soyqırımı bəşər tarixində ləkə olaraq qalacaqdır
Ərəb Elektron Media Birliyi Xocalı şəhərində baş verən soyqırımın otuzuncu ildönümü münasibətilə bəyanatla çıxış edərək, bəşəriyyət tarixində bir ləkə olaraq qalacaq bu cinayəti xatırladıb.
Ərəb Elektron Media Birliyinin sədri dünyanın erməni qüvvələri tərəfindən törədilmiş qətl və dağıntı səhnələrini unutmadığını və unutmayacağını vurğulayaraq, beynəlxalq ictimaiyyətə itmiş ədaləti bərqərar etmək, şəhid və qurbanların hüquqlarını müdafiə etmək üçün yenidən çağırış etmişdir.
Birliyin sədri Əl-Səvvağ bu faciəvi olayların bütün elementləri ilə soyqırımı olduğunu qeyd edərək, ərəb və İslam xalqlarının haqq işlərinin müdafiəsinin Ərəb Elektron Media Birliyinin əsas məqsədi olduğunu nəzərə çatdırmışdır. O, həqiqətlərin dünyaya çatdırılması və Azərbaycan Respublikasının, onun qanuni hüquqlarının dəstəklənməsi üçün bütün mümkün dəstəyini əsirgəmədiyini qeyd etmişdir.
Feysəl Xəlifə Əl-Səvvağ
Ərəb Elektron Media Birliyinin sədrinin dəftərxanası
26 fevral 2022-ci il (miladi)
25 rəcəb 1443-cü il (hicri)