2022-05-11

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir

Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının

99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində keçirilmiş tədbirə dair

 

10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə “Vətənsevər” Küveyt-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə yanaşı, qardaş Türkiyə Respublikasının vətəndaşları, Küveyt ictimaiyyətinin nümayəndələri, Azərbaycanda təhsil alan Küveytli tələbələr, eləcə də Səfirliyin əməkdaşları iştirak edirdilərİştirakçılar Ulu Öndərin büstünün önünə tər çiçək dəstələri qoydular, onun Azərbaycan xalqı ilə sıx bağlı olan həyatına və siyasi fəaliyyətinə həsr olunmuş filmə tamaşa etdilər, eyni zamanda fotosərgi və müxtəlif nəşrlərlə tanış oldular.  

Daha sonra Səfir Elxan Qəhrəman çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı və və dövləti qarşısında əvəzsiz xidmətlər göstərdiyini qeyd etdi.

O, bildirdi ki, dahi lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlətçiliyi məhv olmaqdan xilas etdi və dövlət quruculuğu ilə bağlı mühüm addımlar atdı. Ulu Öndərin xilaskarlıq missiyasını prezident cənab İlham Əliyev daha da irəli apararaq ata vəsiyyətini yerinə yetirdi və Qarabağ torpaqlarının Ermnəistan  işğalından azad edilməsində misilsiz xidmətlər göstərərək müzəffər Ali Baş komandan adını qazandı. Buna görə biz əminik ki, Ulu Öndərin ruhu indi şaddır.

Səfir çıxışında Azərbaycanın iqtisadi inkişafından, həyata keçirilən qlobal layihələrdən və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan danışdı. “Qoşulmama Hərəkatına üzv olan dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etməsi bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Xüsusilə COVİD-19 pandemiyası dövründə Azərbaycan tərəfindən dünyanın bir çox ölkələrinə humanitar yardımların edilməsi və Azərbaycanın təşəbbüsü ilə BMT çərçivəsində qətnamə layihələrinin qəbulu ölkəmizin  imicinə müsbət təsir göstərən amillər olmuşdur”. 

Səfir E.Qəhrəman vurğuladı ki, Azərbaycan bir çox mötəbər beynəlxalq konfranslara, forumlara və yarışlara uğurlu ev sahibliyi edir. Ardınca O, işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli quruculuq və bərpa işləri barədə iştirakçılara məlumat verdi.  

Sonda Ümumilli Liderin ruhuna, eləcə də 44 günlük Vətən Müharibəsində canlarını qurban verən şəhidlərimizin ruhuna Uca Allahdan rəhmət dilənildi və Səfir bildirdi ki, Azərbaycan yaşadıqca Ümummilli Liderimiz də insanların ürəyində yaşayacaq, Azərbaycan inkişaf etdikcə onun ruhu daha da şad olacaqdır. 

Həmçinin qeyd etmək istərdik ki, Küveytin “Dasmannews” və “Q8-press.com” elektron xəbərlər portallarında, eləcə də “Al-Vasat”, “An-Nahar”, “Al-Rai”, Al-Qabas” və “Al-Anba” qəzetlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məlumatlar nəşr etdirilmişdir.  

   

 

  • https://dasmannews.com/2022/05/09/كلمة-سعادة-السيد-إيلخان-قهرمان-سفير-جم/
  •  كلمة سعادة السيد إيلخان قهرمان سفير جمهورية أذربيجان لدى دولة الكويت بمناسبة ذكرى الـ99 لمولد حيدر علييف الزعيم القومي لشعب-       جمهورية أذربيجان https://bobiannews.net/كلمة-سعادة-السيد-إيلخان-قهرمان-سفير-جم/
  •  https://www.q8-press.com/%d8%a7%d9%84%d8%b0%d9%83%d8%b1%d9%89-%d8%a7%d9%84-99-%d9%84%d9%85%d9%88%d9%84%d8%af-%d8%ad%d9%8a%d8%af%d8%b1-%d8%b9%d9%84%d9%8a%d9%8a%d9%81-%d8%a7%d9%84%d8%b2%d8%b9%d9%8a%d9%85-%d8%a7%d9%84%d9%82/
  •  http://www.alwasat.com.kw/ArticleDetail.aspx?id=137989
  •  https://www.annaharkw.com/Home/Articles/ArticleDetail?Id=7f866b7b-a44c-40c3-89a5-b38a30f51cb7
  • https://alqabas.com/article/5882932-%D9%81%D9%8A-%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7%D9%84%D9%80-99-%D9%84%D9%85%D9%88%D9%84%D8%AF-%D8%AD%D9%8A%D8%AF%D8%B1-%D8%B9%D9%84%D9%8A%D9%8A%D9%81-%D8%A7%D9%84%D8%B2%D8%B9%D9%8A%D9%85-%D8%A7%D9%84%D9%82%D9%88%D9%85%D9%8A-%D9%84%D8%B4%D8%B9%D8%A8-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86
  • https://www.alraimedia.com/article/1588803/%D9%85%D8%AD%D9%84%D9%8A%D8%A7%D8%AA/%D8%A3%D8%AE%D8%A8%D8%A7%D8%B1-%D9%85%D8%AD%D9%84%D9%8A%D8%A9/%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7%D9%84-99-%D9%84%D9%85%D9%88%D9%84%D8%AF-%D8%AD%D9%8A%D8%AF%D8%B1-%D8%B9%D9%84%D9%8A%D9%8A%D9%81-%D8%A7%D9%84%D8%B2%D8%B9%D9%8A%D9%85-%D8%A7%D9%84%D9%82%D9%88%D9%85%D9%8A-%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86
  •  https://www.alanba.com.kw/ar/kuwait-news/1118182/10-05-2022-%D8%B3%D9%81%D9%8A%D8%B1-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A7%D9%84%D8%B3%D9%8A%D8%A7%D8%B3%D8%A9-%D8%A8%D8%B9%D9%8A%D8%AF%D8%A9-%D8%A7%D9%84%D9%86%D8%B8%D8%B1-%D9%84%D9%84%D8%B1%D8%A7%D8%AD%D9%84-

 Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

          Küveyt şəhəri

 

Arxiv üzrə axtarış