Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Emil Kərimov etimadnaməsinin surətini dost Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əl-Sabaha təqdim etmişdir.
20 Noyabr 2022-ci il tarixində dost Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əl-Sabah Azərbaycan Respublikasının bu ölkədə yeni təyin olunmuş səfiri Emil Kərimovun etimadnaməsinin surətini qəbul edib.
Nazirliyin iqamətgahında keçirilmiş görüş zamanı Küveytin xarici işlər naziri səfir Emil Kərimova yeni missiyasında uğurlar, o cümlədən iki dost ölkə arasında dərin köklü əlaqələrin daha da inkişaf etməsi və çiçəklənməsini arzuladığını bildirib.
E.Kərimov öz növbəsində Azərbaycanın Küveyt Dövlətindəki Səfiri təyin olunmasından böyük məmnuniyyət hissi keçirdiyini qeyd edib və Küveyt ilə Azərbaycan arasında istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlığın diplomatik fəaliyyəti dövründə daha da inkişaf etdirilməsi üçün çalışacağını vurğulayıb.