2022-12-12
Səfir E.Kərimov Küveyt Dövlətinin informasiya və mədəniyyət naziri, gənclər məsələləri üzrə dövlət naziri ilə nəzakət görüşü keçirib
Səfir Küveyt Dövlətinin informasiya və mədəniyyət naziri, gənclər məsələləri üzrə dövlət naziri ilə nəzakət görüşü keçirib
11 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının səfiri cənab Emil Kərimov dost Küveyt Dövlətinin informasiya və mədəniyyət naziri, gənclər məsələləri üzrə dövlət naziri cənab Əbdülrəhman Badah Əl-Muteyri ilə nəzakət görüşü keçirmişdir.
Görüşdə iki ölkə arasında mədəniyyət, kütləvi informasiya vasitələri və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuş, bu sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.